Britaniya vətəndaşı koronavirusdan öldü

Britaniya vətəndaşı koronavirusdan öldü

Yaponiyanın “Diamond Princess” kruiz gəmisində karantində olan Britaniya vətəndaşı koronavirusdan ölüb. Azvision.az “BBC”yə istinadən xəbər verir ki, həmin şəxs koronavirusdan ölən ilk britaniyalıdır.

Ölkənin Xarici İşlər Naziliyi faktla bağlı araşdırma aparıldığını bəyan edib.

Bundan başqa, Britaniyada üç yoluxma halı qeydə alınıb. Birinci fakt Uelsdə, iki yoluxma halı isə İranda baş verib.

Pərvanə Sultanova

Mənbə: azvision.az