Xəstə uşaq üçün ianə qutusunu oğurlamaq istədi, belə yaxalandı - VİDEO

Xəstə uşaq üçün ianə qutusunu oğurlamaq istədi, belə yaxalandı - VİDEO

Krımın Aluşta rayonunda bir şəxs xəstə uşağın müalicəsi üçün yığılan vəsaiti oğurlayıb.

REN.TV məlumat verir ki, hadisə mağazanın müşahidə kameraları tərəfindən qeydə alınıb.

Cinayətkar mağazaya daxil olaraq ianə qutusunu götürüb və çıxışa tərəf hərəkət edib.

Xoşbəxtlikdən satıcı qadın zamanında hadisəyə müdaxilə edərək oğrunun əlindən ianə qutusunu alıb və onu təpikləyib, mağazadan qovub.

Mənbə: www.oxu.az