Pakistanda avtobusun qatarla toqquşması nəticəsində 15 nəfər ölüb

Pakistanda avtobusun qatarla toqquşması nəticəsində 15 nəfər ölüb

Pakistanın cənubunda sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində azı 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Qəza ilə bağlı əlavə heç bir məlumat verilməyib.

Mənbə: apa.az