Türk dronları darmadağın edir, rus ordusu isə mane olmur - VİDEO

Türk dronları darmadağın edir, rus ordusu isə mane olmur - VİDEO

Türkiyəyə aid silahlı PUA-lar bu gün İdlib sərhədləri daxilində 5 ayrı bölgə üzərində uçuş həyata keçirib.

Axar.az xəbər verir ki, PUA-lar Maarat əl-Numan bölgəsinin cənub və qərb kəndlərində, Hələbin cənub və qərb kəndlərində və daha öncə rejimin ələ keçirdiyi İdlibin mərkəzində müntəzəm uçuşlar reallaşdırıb.

PUA-lar uçuş apardıqları bölgələrdə müəyyən etdikləri rejimə məxsus çoxsaylı hədəfləri məhv edib. Diqqət çəkən məqam isə odur ki, Rusiya Türkiyə PUA-larının uçuşlarına heç bir əngəl yaratmayıb.

Türk qırıcıları isə sərhəddə mümkün hücuma qarşı mövqe tutaraq, daimi uçuşlarla növbə çəkiblər və Suriya hava məkanına girmədən uzaq məsafədən raketlərlə zərbə endiriblər.

Mənbə: axar.az