Türkiyə Əsəd rejimi hədəflərini belə vurdu — 309 hərbçi məhv edildi + VİDEO

Türkiyə Əsəd rejimi hədəflərini belə vurdu  — 309 hərbçi məhv edildi + VİDEO

Türkiyə Silahlı Qüvvələri (TSQ) dünən axşam saatlarında təşkil edilən hücumda 33 hərbçisinin şəhid olmasından sonra Əsəd rejiminə qarşı hücumlarını davam etdirir.

"Ölkə.Az" xəbər verir ki, TSQ Hama şəhəri yaxınlığında Əsəd rejimi tərəfdarlarına atəş açıb. Hücumlar zamanı 500 kq ağırlığındakı Caserga tipli raketlər və Bora raketlərindən istifadə olunub.

Türkiyənin Müdafiə Naziri Hulusi Akar 200 dən çox hədəfin atəşə məruz qoyulduğunu, 5 helikopter, 23 tank, 10 zirehli texnika, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük avtomobili, 1 SA-17, 1 SA-22 hava müdafiə sistemi, 1 qərargah binası və 309 hərbçinin məhv edildiyini bildirib.

 

Mənbə: olke.az