Bakıda avtomobil 21 yaşlı gənci vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Günəşli qəsəbəsində 1999-cu il təvəllüdlü Agayev Turqut Azər oğlu yolu keçmək istəyərkən onu "Kia" markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Ağayevə çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nizami rayonunda “Narkomaniyaya və dini ekstremizmə yox deyək!” mövzusunda tədbir keçirilib

SONRAKI XƏBƏR

Xəyallar Avropa, reallıq isə divizion... – Əliyarı itiririkmi?