İsrail hərbçiləri ilə toqquşmada 228 fələstinli yaralanıb

İsrail hərbçiləri ilə toqquşmada 228 fələstinli yaralanıb

Dünən İordan çayının Qərb sahilində İsrail ordusunun hərbçiləri ilə toqquşma zamanı 228 nəfər fələstinli yaralanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qızıl Aypara cəmiyyətinin nümayəndəsi Erab əl-Fukaxa bildirib. Xəsarət alanların bir hissəsi rezin güllə yarası alıb, bəzilərinə qarşı isə gözyaşardıcı qazdan istifadə edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, fələstinlilərlə İsrail hərbçilərinin toqquşması Nablus şəhərində və Heveron şəhəri yaxınlığında Alvauar qaçqınlar düşərgəsində baş verib.

 

Mənbə: qafqazinfo.az