Gəncədə silsilə oğurluqlar törədən şəxs saxlanılıb

Gəncədə silsilə oğurluqlar törədən şəxs saxlanılıb

Gəncədə silsilə oğurluqlar törədən şəxs saxlanılıb

Press.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan parfumeriya, 2 həyətyanı sahədən velosiped və su mühərriki, 2 avtomobildən pul, maqnitofon, akkumulyator və sənədlər, habelə 1 nəfərin mobil telefonunu oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov saxlanılıb.

Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: press.az