Ağstafa xəstəxanasında pasiyentin 2 min manatı oğurlandı

Ağstafa xəstəxanasında pasiyentin 2 min manatı oğurlandı

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.

“Report”un xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü ogurlanıb.

Polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli biinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Mənbə: report.az