Tanınmış bloqerin ad günündə faciə: 3 ölü, 6 yaralı - FOTO

Tanınmış bloqerin ad günündə faciə: 3 ölü, 6 yaralı - FOTO

Rusiyanın tanınmış bloqerinin təşkil etdiyi partidə bədbəxt hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bloqer Yekaterina Didenko ad gününü yaxın dostları ilə birlikdə qeyd etmək istəyib.

2 uşaq anası olan Yekaterina ad günü münasibəti ilə hovuz partisi təşkil edib. Quru buzların hovuza atılması faciə ilə nəticələnib.

Belə ki, tərkibi karbondioksiddən ibarət olan buz hovuzda üzənlərin zəhərlənməsinə səbəb olub. Səbəbkar buxarlı şou hazırlamaq istəyərkən qonaqlar zəhərləniblər.

Nataliya Monakova, Yuri Alferov və Yekaterinanın əri hadisə yerindəcə keçiniblər. Digər 6 nəfərin isə bədənlərində yanıq xəsarətləri əmələ gəlib.

 

Ad gününü keçirən Yekaterina özü də ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, bildirib ki, hovuza tökdükləri 25 kiloqramlıq quru buz onların zəhərlənməsinə səbəb olub.

Qeyd edək ki, quru buzlar suya düşən zaman güclü zəhərli buxar yaranır. Buxarlanmanın yarandığı yerlərdə vintilyasiya yaxşı deyilsə bu zəhərlənmə ilə nəticələnir.

Mənbə: news.milli.az