Bərdədə qadının qətli ilə bağlı YENİ XƏBƏR

Bərdədə qadının qətli ilə bağlı YENİ XƏBƏR

Publika.az bir neçə gün öncə Bərdə rayonun Zümürxan kəndində öldürülən 1962-ci il təvəllüdlü Tahirə İbadovanın qətli ilə bağlı məlumatlar əldə edib.

T.İbadovanın qardaşı bildirib ki, bacısının qətlində təqsirləndirilən 25 yaşlı qonşusu Cavid Rəncbərinin psixi problemləri var. Həmçinin o, içki aludəçisidir: "Qətli törədən vaxt da içkili olub. Bacımı niyə öldürdüyünü də bilmirik".

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanın başından vuraraq ona xəsarət yetirib, sonra isə boğaraq öldürüb.

 

 

Tağı Həsənov

Mənbə: publika.az