Koronavirusa yoluxanların yaşları və gəldikləri şəhərlər açıqlandı

Koronavirusa yoluxanların yaşları və gəldikləri şəhərlər açıqlandı

Xəbər verdiyimiz kimi, İrandan Azərbaycana gələn daha 2 nəfərdə koronavirus aşkar edilib.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxslər 1973-cü il və 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

17.06.1973-cü il təvəllüdlü şəxs fevralın 26-da xəstəxanaya yerləşdirilib. O, 1 gün Tehranda, 3 gün Təbrizdə olub.

29.04.1998-ci il təvəllüdlü şəxs isə Qum şəhərindən gəlib. O da fevralkın 26-da xəstəxanaya yerləşdirilib.

Mənbə: qafqazinfo.az