TƏBİB-dən koronavirusa yoluxan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən koronavirusa yoluxan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

Aparılmış müayinələr nəticəsində fevralın 26-da xəstəxanaya daxil olan 1973-cü il təvəllüdlü və 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanıb.

Bununla bağlı paralel.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan birinci şəxsin bir gün Tehranda, üç gün Təbrizdə qaldığı, daha sonra Azərbaycana gəldiyi məlum olub.

Digərinin isə Qum şəhərindən vətənə gəldiyi müəyyən olunub.

Könül Cəfərli

Mənbə: paralel.az