Xorvatiyada yerə düşən meteorit partladı - VİDEO

Xorvatiyada yerə düşən meteorit partladı - VİDEO

Xorvatiyada yerə düşən meteorit partlayıb. Day.az xəbər verir ki, yaşayış məntəqələrindən birinin üzəri ilə sürətlə hərəkət edən meteorit elə səmadaca partlayıb. Həmin hadisə avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.

Xorvatiya Astronomiya İttifaqının məlumatına görə, meteorit yerli vaxtla təxminən 10:30-da 30 kilometr hündürlükdə partlayıb. Partlayış güclü olduğundan səs ölkənin bütün şimal hissəsində eşidilib.

Mənbə: news.day.az