Roma papası da xəstəliyə tutulub

Roma papası da xəstəliyə tutulub

Roma Papası xəstələndiyinə görə bir sıra görüşləri ləğv edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi nümayəndəsi Matteo Bruni bəyanat verib.

Qeyd olunur ki, Papa Francis xəstəlik səbəbi ilə bir sıra görüşlərini təxirə salıb.

"Bu gün səhər artıq Roma Papası Fransisk Müqəddəs Vatikan Evində işgüzar görüşləri keçirməyə davam edib", deyə Bruni jurnalistlərə xəbər verib.

O, eyni zamanda üç auditoriyanın görüşünün ləğv olunduğunu da bildirib.

Mənbə: sia.az