İsveç, Danimarka, Norveç və Finlandiyada COVID-19 koronavirusuna yoluxanların sayı artmağa davam edir

İsveç, Danimarka, Norveç və Finlandiyada COVID-19 koronavirusuna yoluxanların sayı artmağa davam edir

İsveç, Danimarka, Norveç və Finlandiyada COVID-19 koronavirusuna yoluxanların sayı artmağa davam edir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveçdəki son məlumatlara görə, daha dörd nəfərin test nəticələri onların koronavirusa yoluxmasını aşkar edib. Beləliklə, İsveçdə COVID-19-a yoluxmuş insanların ümumi sayı 11 nəfərə çatıb. Virusa yoluxanların əksəriyyəti əvvəllər İtaliya, Çin və İrana səfər edib.

Qonşu Danimarkada, İtaliyanın şimalına tətildən qayıdan bir nəfər də koronavirusa yoluxub. Danimarkada ilk təsdiqlənmiş koronavirus daşıyıcısı ötən cümə axşamı aşkar edilib. Beləliklə, Danimarkada virusa yoluxanların sayı ikiyə çatıb və yerli hakimiyyət orqanları yoluxmuş insanlarla təmasda olanların axtarışına başlayıb.

Norveç Xalq Sağlamlığı İnstitutu isə öz növbəsində, virusun ölkədə daha üç nəfərdə aşkar edildiyini elan edib. Yerli KİV-lərin məlumatına görə, virusa yeni yoluxan üç nəfərdən ikisi İtaliyada, biri isə daha əvvəl İranda səfərdə olub. Xatırladaq ki, Norveçdə COVID-19-a ilk yoluxan şəxs bu həftənin əvvəlində qeydə alınıb. Yeni nəzarət altına alınan xəstələr ilə birgə, Norveçdə COVID-19 virusuna yoluxan şəxslərin sayı dördə çatır.

Öz növbəsində Finlandiyada yeni koronavirus ilə yoluxan şəxsin qeydə alınması nəticəsində, bu qəbildən olan insanların sayı üçə çatıb. Adı açıqlanmayan şəxsin, İtaliyanın şimalına səfər zamanı təhlükəli virusa yoluxan əmək qabiliyyətli bir qadın olduğu bildirilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az