Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Yük avtomobilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: bizim.media