Şabran rayonunun Sincanboyad kəndində ev yararsız hala düşüb.
Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması ilə bağlı FHN-ə məlumat daxil olub.
Bununla əlaqədar qurumun Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.



Mənbə: qafqazinfo.az