Azyaşlının bağçada döyülməsi ilə bağlı görüntüləri - DİN araşdırır+Video

Azyaşlının bağçada döyülməsi ilə bağlı görüntüləri - DİN araşdırır+Video

“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən uşaq bağçalarından birində azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Görüntüləri bloqer Saleh Nəsirov sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edib ki, hadisə fevralın 6-sı saat 16:55 baş verib. İddiaya görə, müəllimə təhlükəsizlik kameralarının qarşısında uşaqlardan birinə əl qaldırıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az