"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, ilkin məlumata görə, sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub".
Bunu Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:
"Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb".
Məhərrəm Əliyev
Mənbə: oxu.az