İstanbulu Avropa və Asiya hissələrinə ayıran İstanbul boğazında hərəkət qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb.
Bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 03:10-da sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda qeyd olunub.
Mənbə: axar.az