Gecə saatlarında "Kia Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb.
Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb.
Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.
Kişilərdən birinin vəziyyətinin çox ağır olduğu bildirilir.
Mənbə: axar.az