Beyləqanda özünü güllələyərək öldürən Murad Bayramovun fotosu yayılıb.
Globalinfo.az “Unikal”a istinadən fotonu təqdim edir:
***16:45
Beyləqanda odlu silahdan atəş açaraq intihar edən şəxs barədə bəzi təfərrüatlar məlum olub.
APA-ya istinadən bildirilir ki, M.Bayramov Bakı şəhərində yaşayırmış.
O, Beyləqana qardaşının evinə qonaq gəlibmiş. Ailəli olub, iki övladı var.
Qeyd edək ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
***15:11
Beyləqanda güllələnmə hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
İntihar edən şəxsin Kənd Təsərrüfatı Nazirliyində çalışdığı bildirilir.
Mənbə: globalinfo.az