Qazaxıstanın Ulıtau vilayətində Jomart mədənində çökmə baş verib.
TASS-a istinadən xəbər verilir ki, nəticədə 7 şaxtaçı dağıntılar altında qalıb.
“Fevralın 17-də “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - məlumatda deyilir.
Hazırda hadisə yerində təcili xilasetmə işlərinin aparıldığı bildirilir.
Mənbə: qafqazinfo.az