Kanadanın Toronto hava limanında “Delta” hava şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu haqda AP məlumat yayıb.
“Təcili yardım qrupları cavab verir. Bütün sərnişinlər və ekipaj üzvləri qeydiyyata alınır”, - deyə hava limanının “X” hesabında bildirilib.
Minneapolisdən gələn təyyarənin eniş zamanı çevrildiyini bildirir.
İlkin məlumata görə, qəzada səkkiz nəfər yaralanıb.
Mənbə: qafqazinfo.az