Cəlilabadda narkotik aşkar edilib - İki nəfər saxlanılb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının operativ əməliyyat təbdirləri nəticəsində 11 kiloqrm 615 qram narkotik maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Belə ki rayonun Göytəpə şəhər ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mais Nəcəfov və tanışı Səyyad Məmmədov narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

Nail Nəcəfovun idarə etdiyi “Hundai Azero” markalı avtomobilə baxış keçirilərkən arxa oturacağın aşağı hissəsində ayrı-ayrı torbalarda ümumi çəkisi 7 kq 615 qram heroin, ümumi təmiz çəkisi 4 kiloqram olan metamfetamini aşkar edilib. Faktla bağlı araşdırma aparılır

atv.az

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu restoran evdən çıxması qadağan olunan şəxslərə pulsuz yemək göndərir - VİDEO

SONRAKI XƏBƏR

Keçmiş deputatın 33 yaşlı bacısı qızı koronavirusdan öldü – FOTOLAR