Şahzadə Çarlz koronavirusa yoluxub - Koronavirusla bağlı dünya ölkələrində son durum

Böyük Britaniya şahzadəsi Çarlz koronavirusa yoluxub. Bukingem sarayından bildirilib ki, 71 yaşlı şahzadənin analiz testləri müsbət çıxıb. Lakin onun vəziyyəti yaxşıdır. Qeyd edək ki, bu günədək Böyük Britaniyada 8 227 nəfər virusa yoluxub, 427 nəfər vəfat edib. İtaliyada yeni növ koronavirusa yoluxanların sayı 70 minə çatıb. İspaniyada yoluxanların sayı 1 həftə ərzində 20 mindən 50 minə çatıb. Son 24 saat ərzində bu ölkədə daha 443 nəfər dünyasını dəyişib. Amerika Birləşmiş Ştatlarında isə artıq 55 minə qədər insan koronavirus xəstəsidir. Yoluxma sayına görə 5-ci sırada olan İranda son 24 saat ərzində daha 143 nəfər dünyasını dəyişib. Bu gündən Hindistan da tam karantin rejiminə keçir. Bütün ölkə boyu insanların yerdəyişməsinə qadağa qoyulub.

Baş nazir Narendra Modi xalqa müraciət edərək, insanları azı 3 həftə üvlərinə qalmağa çağırıb. Qeyd edək ki, Hindistanda 1 milyard 300 milyona qədər insan yaşayır. Ölkədə həkimlərin sayını nəzərə alsaq, pandemiya halında burada 1 həkimə 12 min pasient düşür

atv.az

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə daha 2700 vətəndaşını təxliyyə etdi - Tələbələr 14 günlük karantinə alındı

SONRAKI XƏBƏR

Türkiyəli bloqerdən Azərbaycana təşəkkür - “Oğlum vəziyyətindən razıdır”