İsveçrədə koronavirusa yoluxanlanların sayı 9765 nəfərə çatıb

Bakı. Trend:

İsveçrədə daha 929 nəfər yeni nğv koronavirusa (COVİD-19) yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsveçrənin Federal Səhiyyə İdarəsindən bildiriblər.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 9765 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 37 ölüm halı qeydə alınıb, ölənlərin ümumi sayı 103 nəfərdir.

Xatırladaq ki, İsveçrədə koronavirusa ilk yoluxma halı fevralın 25-i qeydə alınıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada fəlakət siqnalı: Nəticə dəhşətli ola bilər

SONRAKI XƏBƏR

Azərbaycanlı fəal 500 milyon girov qoyub, həbsdən çıxdı