Qonşuda daha 3 uşaq koronadan öldü

Qonşuda daha 3 uşaq koronadan öldü

İranda fiziki məhdudiyyətli 3 uşaq koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə İran Xüsusi Təhsil Təşkilatının sədri Cavad Hüseyni məlumat yayıb.

O bildirib ki, digər xəstəliklərdən də əziyyət çəkən bu uşaqlar koronavirusa yoluxduqdan sonra ölüblər.

Qeyd edək ki, bir qədər əvvəl İranın Şimali Xorasan əyalətində 6 yaşlı uşaq sözügedən infeksiyadan həyatını itirmişdi.

Mənbə: axar.az