Alt paltarı ilə küçədə gəzən məktəbli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi

Rusiyanın Sankt-Peterburq şəhərində 13 yaşlı qız zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nevnov.ru xəbər verir ki, yoldan keçənlər məktəbli qızın yarıçılpaq vəziyyətdə şəhərdə gəzdiyini görərək polis idarəsinə məlumat veriblər.

Uşaq xəstəxanasına yerləşdirilən məktəbliyə kəskin etanol zəhərlənməsi diaqnozu qoyulub.

Orta ağır vəziyyətdə reanimasiya şöbəsində müalicə alan uşağın bir litr konyakı içdiyi məlum olub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixrac həcmi açıqlanıb

SONRAKI XƏBƏR

Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI