Korona ilə bağlı son məlumat: ABŞ "liderdir"...

Koronavirusla bağlı dünya üzrə son statistika açıqlanıb.

Axar.az xəbər verir ki, dünyada bu virusa yoluxanların sayı 463 418-ə çatıb və bu da son 10 saatda 40 minə yaxın artım deməkdir. Virusa yoluxanlardan 20 912 nəfər ölüb, 113 802 nəfər sağalıb.

Son 10 saatda cəmi 4 nəfər dünyasını dəyişib, virusa yoluxanların sayı isə 81 218 nəfərdir.

İtaliyada 74 386, ABŞ-da 64 775, İspaniyada 47 611, Almaniyada isə 37 323 yoluxma faktı qeydə alınıb.

Son sutkada ən çox yoluxma faktı ABŞ-dadır - 9 919 nəfər. Ən çox ölüm isə İtaliya (son sutkada 683 nəfər - ümumilikdə 7 503) və İspaniyadadır (son sutkada 454, ümumilikdə 3 445 nəfər).

Ens.az

ƏVVƏLKİ XƏBƏR

Türk ordusu şəhidlərin qisasını aldı: 8 ölü

SONRAKI XƏBƏR

Ukraynada sərxoş polislər avtomobilin üzərinə idrar edib onun sahibini güllələdilər