Göygöl sakinini cərəyan vurub

Göygöl sakini elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Qurbanov Asim Nüsrət oğlu tövlədə elektrik xətlərini təmir edən zaman onu cərəyan vurub. 29 yaşlı kişi dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Paulo Dibala koronavirusdan sağalıb

SONRAKI XƏBƏR

Qonşuda daha 3 uşaq koronadan öldü