ABŞ-da koronavirusdan 849 nəfər ölüb

ABŞ-da koronavirusdan 849 nəfər ölüb

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) 849 nəfər dünyasını dəyişib.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, ən çox ölüm halları Nyu-Yorkda qeydə alınıb, burada koronavirusdan 192 nəfər ölüb.

Məlumata əsasən, ölkə ərazisində koronavirusa ümumilikdə 60 mindən artıq insan yoluxub.

Mənbə: az.trend.az