Çində sürücü alovlanan avtomobili yanacaqdoldurma məntəqəsinə sürdü – VİDEO

Çində yanacaqdoldumra məntəqlərindən birinin müşahidə kameraları dəhşətli görüntüləri lentə alıb.

“Live Leaks” xəbər verir ki, kadrlarda alovlar içində olan avtomobilin sürücüsünün maşını yanacaqdoldurma məntəqəsinə sürdüyünü görmək olar.

Avtomobil durduqdan sonra sürücü yana-yana maşından düşərək hadisə yerindən uzaqlaşır.

Məntəqədə olan digər maşınlar da sürətli şəkildə oranı tərk etməyə çalışır.

Xoşbəxtlikdən, yanacaqdoldurma məntəqəsinin əməkdaşları cəld tərpənərək maşını söndürməyə nail olurlar.

Sürücünün bu hərəkəti hansı səbəbdən etməsi barədə məlumat yoxdur.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus səbəbindən Fransa hərbçilərini İraqdan çıxardır

SONRAKI XƏBƏR

Keçmiş arvadının qardaşı qızı ilə evləndi - FOTOLAR