Keçmiş deputatın 33 yaşlı bacısı qızı koronavirusdan öldü – FOTOLAR

Keçmiş deputatın 33 yaşlı bacısı qızı koronavirusdan öldü – FOTOLAR

Türkiyədə koronavirusa yoluxmuş 33 yaşlı qadın vəfat edib.

Publika.az xəbər verir ki, Amasya vilayətinin keçmiş deputatı Ramis Topalın bacısı qızı, 33 yaşlı Dilek Tahtalı müalicə olunduğu xəstəxanada ölüb.

Məlumata görə, İstanbul Acıbadem İnternational Xəstəxanasında işləyən Dilekdə martın 10-da koronavirus aşkarlanıb. Dərhal Bakırköy Sadi Konak Araşdırma Xəstəxanasına yerləşdirilən gənc tibbi işçisi 15 günlük müalicəyə baxmayaraq vəfat edib.

Qeyd edək ki, D.Tahtalının ailəsi karantinə yerləşdirilsə də, onların test nəticəsi neqativ çıxıb.

Mənbə: publika.az