Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyasında ölənlərin sayı 21 mini keçib.
Marja xəbər verir ki, İtaliyada virusdan ölənlərin sayı son 24 saatda 683 nəfər artaraq 7 min 503-ə yüksəlib.
Fransada ölənlərin sayı son 24 saatda 231 nəfər artaraq 1331-ə yüksəlib.
İngiltərə Kraliçası 2-ci Elizabeth-in oğulu 71 yaşındakı Galler Şahzadəsi Charles-in də koronavirusa yoluxduğu açıqlanıb.
İspaniyada son 24 aatda koronavirus səbəbilə ölənlərin sayı 738 artaraq 3 min 434-ə yüksəlib. Beləliklə, İtalyanın ardından İspaniya da ölü sayında Çini keçmişdir. Ölkədə fövqəladə vəziyyət 11 Aprelə qədər uzadılıb.
İran ölkədəki ölü sayının 2 min 77-yə yüksəldiyini açıqlayıb.
Ölənlərin min nəfəri keçdiyi, xəstə sayının da 70 minə yaxınlaşdığı ABŞ-da, daha iki ştatda "Böyük Fəlakət" elan edilib.
Mənbə: marja.az