Qırğızıstanda komendant saatını pozan yüzlərlə şəxs saxlanılıb

Qırğızıstanda komendant saatını pozan yüzlərlə şəxs saxlanılıb

Bakı. Trend:

Qırğızıstanda koronavirus epidemiyası ilə əlaqədar elan komendant saatını pozan 320 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, paytaxt Bişkekdə 193 nəfər, Oş şəhərində 25 və Cəlal-Abadda 10 nəfər komendat saatını pozub.

Saxlanan şəxslər komendant saatı bitdikdən sonra evə buraxılıb.

Bundan əvvəl isə,100 nəfər cərimələnib, 64 nəfər 15 sutkalıq həbs olunub.

Qeyd edək ki, bu günədək Qırğızıstanda 44 nəfər koronavirusa yoluxub.

Mənbə: az.trend.az