Ağstafa karantin rejimində belə nümunə olur – Fotolar

Ağstafa karantin rejimində belə nümunə olur – Fotolar

Evdəqal tövsiyyəsindən sonra ölkədə mövcud virusdan qorunmaq üçün karantin rejimi elan edilib. Ölkə başçısının şəxsi tovsiyyələrinə intizamla əməl edənlər Ağstafa şəhər rəsmiləridir.

Şəhər xəstəxanasının direktoru public hüquqi şəxs Fatma Vəliyevanın başçılığı ilə xüsusi həkim briqadası yaradılmış və gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Şəhər xəstəxanasının infeksiya şöbəsinin müdürü Faydə Hadıyeva və infeksionist həkim Kəmalə Allahverdiyeva evdə qal aksiyasına görə 103 qaynar xəttində daxil olan məlumatları şəxsən yoxlayır xəstələri muayinə edirlər.

Bundan əlavə şəhərin YAP gənclər təşkilatı İcra Hakimiyyəti ilə birlikdə ahıl və tənha sakinlərin evlərində olur, onları anti-infeksion ləvazimatlarla təmin edirlər.

Ümid edirik digər bölgələr də ölkədəki vəziyyəti nəzərə alib və cənab Prezidentin tövsiyyəsinə ciddi əməl edən Ağstafa şəhərindən nümunə götürəcəklər. Tədbirlərin fotoreportajını sizlərə təqdim edirik.

 

Mənbə: reportyor.info