Daha bir klubun prezidenti koronavirusdan öldü

Daha bir klubun prezidenti koronavirusdan öldü

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib. "Report"un "De Gelderlander"ə istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyası olub.

Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçənd şişi də olub.

Qeyd edək ki, Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. Daha əvvəl İspaniya "Real Madrid"inin sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib.

Mənbə: report.az