Bakıda dörd yaşlı qız bədbəxt hadisənin qurbanı oldu

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində martın 25-i gündüz saatlarında dörd yaşlı qız bədbəxt hadisənin qurbanı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumatlara görə, evin həyətində 2016-cı il təvəllüdlü Məryəm Rəhimlinin üstünə qapı aşıb. Uşaq xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

İddiaçılar Turniri yarımçıq dayandırıldı

SONRAKI XƏBƏR

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO/VİDEO