Pul bu gün də dünyamızda “ən böyük sehrbaz” olaraq qalır – Mütəxəssislərdən maraqlı araşdırma...

Pul bu gün də dünyamızda “ən böyük sehrbaz” olaraq qalır – Mütəxəssislərdən maraqlı araşdırma...

Müasir dünyamızda yeknəsək əmək prosesinin bir çox hallardadepressiya və psixoloji gərginliyə səbəb olduğu məlumdur.

Moderator.az xəbər verirki, bu günlərdə bir qrup mütəxəssisin İsveçrədə apardığı araşdırma məlumproblem və ondan yaxa qurtarmağın yolları ilə bağlı maraqlı nəticələrə səbəbolub. Belə ki, 480 respondent arasında aparılan sorğu onların 80%-nin gördükləriişə əsl işgəncə kimi yanaşdıqlarını, bundan əzab duyduqlarını ortaya çıxarıb.Aparılan araşdırma nəticəsində bəlli olub ki, işə əzablı proses, işgəncə kimiyanaşan şəxslərin əmək haqlarına edilən ciddi artım “hər şeyi köklü şəkildə dəyişir”.Belə ki, bugünə qədər sadəcə əzabdan ibarət olan iş, əmək haqqının artması iləsevimli məşğuliyyətə çevrilir, bütün psixoloji gərginlik və depressiyaya sonqoyur.

Mütəxəssislərin digər ölkələrdəapardığı analoji sorğu və araşdırmalar da maddi stimulaşdırmanın monoton, yeknəsəkəmək prosesinə qarşı ən təsirli vasitə olduğunu göstərib.

Bir sözlə, aparılanaraşdırmalar nəticəsində məlum olub ki, pul bu gün də dünyamızda “ən böyüksehrbaz” olaraq qalır. Hansı ki, bu sehrbaz ən əzablı işi belə istirahətə, sevincliməşğuliyyətə çevirməyə qadirdir.

 

Mənbə: moderator.az