Ucar sakini qonşusunu qətlə yetirib

Ucar sakini qonşusunu qətlə yetirib

Ucar sakini qonşusunu öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi bellə vurub.

Q. Musayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az