ABŞ-da tibb işçiləri koronavirusdan qorunmaq üçün zibil paketləri “geyinirlər” - FOTO

ABŞ-ın Nyu-York şəhərində koronavirusa qarşı qoruyucu geyimləri çatışmayan tibb işçiləri zibil paketlərindən istifadə edirlər.

“Anadolu” agentliyi xəbər verir ki, “Mount Sinai West” xəstəxanasının tibb işçiləri sosial şəbəkələrdə bununla bağlı fotolarını paylaşıblar.

“Xəstəxanada laboratoriya önlüyü qalmadı. Maskalar da tükənib. Birdəfəlik istifadə üçün maskaları təkrar istifadə edirik”, - deyə fotoların altında qeydlər edilib.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı min nəfəri keçib.

Milletinsesi.info

ƏVVƏLKİ XƏBƏR

Rus ekspert koronavirusa görə Azərbaycan və Ermənistanı əməkdaşlığa səslədi

SONRAKI XƏBƏR

Bakıda xidməti avtomobil işıq dirəyinə çırpıldı - ANBAAN VİDEO