Fransada koronavirus qurbanlarının sayı 1331 nəfərə çatdı

Fransada COVID-19-a yoluxaraq ölənlərin sayı 1331 nəfərə çatıb.

Bu barədə “Le Figaro” qəzeti Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomonun açıqlamalarına istinadən xəbər yayır.

Koronavirusa yoluxan təxminən 2900 xəstənin intensiv terapiya şöbələrinə yerləşdirildiyi bildirilir.

Fransada son 24 saat ərzində 231 nəfər koronavirusdan ölüb. Xəstəxanaya yerləşdirilənlərin ümumi sayı isə 11 500-dən çoxdur.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

“Bir neçə gün əvvəl çox pis idim” - Oriana

SONRAKI XƏBƏR

Koronavirusdan sonra insanın düşüncəsi, dünyaya baxışı dəyişəcək – ŞAHLAR ƏSGƏROVLA  #evdəqal söhbəti