Rektordan ilginc təyinat: vəzifədən azad etdiyi direktoru yenidən geri qaytardı

Rektordan ilginc təyinat: vəzifədən azad etdiyi direktoru yenidən geri qaytardı

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli növbəti maraqlı təyinata imza atıb.

Mia.az xəbər verir ki, Gəray Gəraybəyli rektor təyinatından bir neçə ay sonra, daha dəqiqi, 2016-ci ilin yayında Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayevi qanunsuz əməllərdə ittiham edərək, işdən çıxarmışdı. Lakin bu günlərdə onu yenidən həmin vəzifəyə təyin edib.

Xatırladaq ki, o vaxt Surxay Musayevin yerinə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilmişdi. Lakin onun da bu posta uzun qalması mümkün olmadı.

Son vaxtlar isə bu vəzifənin başında Samir Allahverdiyev dururdur.

Rektorun onu vəzifədən azad etməsinin səbəbi haqda əlavə məlumat öyrənməyə çalışacağıq.

Mia.az

Mənbə: www.mia.az