Binəqədidə mağazadan oğurluq edilib

Binəqədidə mağazadan oğurluq edilib

Binəqədi rayonunda mağazadan 1 052 manat pul, noutbuk və mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş İ.Səttarovun hadisəni törətdiyi müəyyən edilib.

Belə ki, İ.Səttarovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 28-də rayon ərazisindəki mağazaların birindən 1 052 manat pul, noutbuk və mobil telefon oğurlaması da müəyyən edilib.

Mənbə: report.az