17 yaşlı həmkəndlisini öldürdü - Məhkəmə olacaq

17 yaşlı həmkəndlisini öldürdü - Məhkəmə olacaq

Yeniyetməni öldürən 21 yaşlı gənc məhkəmə qarşısına çıxarılacaq.

“Yenisabah”ın məlumatına görə, aprel ayının 3-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən Çuqay Yasin Göyüş oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Xatıqladaq ki, hadisə 2019-cu il oktyabrın 9-da saat 20 radələrində Yevlax rayonunun Havarlı kəndində baş verib.

Kənd sakini 1999-cu il təvəllüdlü Çuqay Yasin Göyüş oğlu yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində olan bıçaqla həmkəndlisi 2002-ci il təvəllüdlü Nəzərov Rasim Abid oğlunun döş qəfəsinə xəsarət yetirib. Zərərçəkmiş dərhal Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Təxirəsalınmaz tibbi-cərrahi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Azər İsrafilov

Mənbə: yenisabah.az