Dünyada koronavirusa yoluxanların SAYI ARTDI

Dünyada koronavirusa yoluxanların SAYI ARTDI

Çinin Hubey əyalətinin Vuhan şəhərində meydana gələn və bir çox ölkəyə yayılan koronavirusun yeni növünə (Kovid-19) yoluxanların sayı 471 mini keçib.

Sonxeber.az xəbər verir ki, Kovid-19 ilə bağlı ölkələrdə və bölgələrdə baş verən yeni hadisələr haqqında aktual məlumatları özündə cəmləşdirən "Worldometer" veb saytı, dünyada yeni növ koronavirus hadisələrinin sayının 471.821 olduğunu bildirib.

Saytdakı məlumatlara görə, Kovid-19 səbəbiylə cəmi 21,297 nəfər ölüb və 114 711 nəfər sağalıb.

Fəridə Ağazadə


Sonxeber.az

 

Mənbə: sonxeber.az