Lift 3 uşağı anasız qoydu-FACİƏ - FOTO

Lift 3 uşağı anasız qoydu-FACİƏ - FOTO

Artvinin Borçka vilayətində liftin anidən hərəkət etməsi faciəyə səbəb olub.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 uşaq anası Gülpəri Akçəlik liftə minəndə lift qəflətən hərəkət edib. Nəticədə 3 uşaq anası boşluğa sıxışıb qalıb.

Hadisə yerinə polis və təcili tibbi yardım çağrılıb.

Ağır yaralanan qadın dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: sonxeber.az