Küçədə oynayan uşaqlar meyit tapdılar

Küçədə oynayan uşaqlar meyit tapdılar

Türkiyənin Sivas şəhərində küçədə oynayan uşaqlar kimliyi bilinməyən kişi meyiti tapıblar.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımçıq tikilidə oynayan uşaqlar kişi meyiti tapıblar.

Bununla bağlı uşaqlar ailələrinə xəbər veriblər.

Uşaqların valideynləri övladlarının tapdığı meyitlə bağlı polisə xəbər veriblər.

İlk araşdırma zamanı meyitin 30 yaşlı bir kişiyə aid olduğu müəyyən edilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.
Sonxeber.az

Mənbə: sonxeber.az